Bağlanan bankların əmanətçilərinə 630 milyon manat kompensasiya verilib

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 27 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 34 milyon 591 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 51 milyon 034 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 26 milyon 136 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 887 min manatdan artıq kompensasiya ödənilib. Fonddan 4 bank üzrə ümumilikdə 114 miyon 648 min manatdan artıq kompensasiya ödənilib.

27 oktyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 140 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon manatdan artıq kompensasiya verilib.

27 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 117 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 978 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon manatdan artıq kompensasiya ödənilib.

27 oktyabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 353 milyon 545 min manat artıq kompensasiya verilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 629 milyon 193 min manatdan artıq kompensasiya ödənilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər