5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan parlamenti “Kredit büroları haqqında” qanun layihəsini təsdiqləyib

“Kredit büroları haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında II və III oxunuşlarda qəbul olunub.

Kredit bürolarının yaradılması maliyyə xidmətlərinə çıxışın genişləndirilməsinə xidmət edir.

Kredit büroları əvvəlki və potensial borcalanların tarixçəsi, ödəmə qabiliyyətinin qiymətləndirilməsinə imkan verən məlumat bazasının toplusudur. Büro kredit almaq istəyənin əvvəlki borcu, ödəmə qabiliyyəti ilə bağlı məlumatları özündə əks etdirəcək.

Qanun layihəsində qeyd olunur ki, kredit bürosu sorğunu aldığı gündən kredit hesabatını 3 iş günündən gec olmayaraq təqdim etməlidir. Kredit bürosunda xidmət haqqı büro ilə şirkət arasında bağlanan müqaqvilə əsasında tənzimlənəcək.

Report

Son xəbərlər
Digər xəbərlər