“ABŞ-ın “Lehman Brothers” investisiya bankının 2008-ci ildə müflis olması ilə başlanan qlobal maliyyə böhranı Avropada 1,2 trln. avro (1,3 trln. ABŞ dolları) problemli kreditin yaranmasına səbəb olub. “Bloomberg” agentliyinə istinadən xəbərə görə, bunu Hollandiyanın “KPMG LLP” audit şirkəti bəyan edib.
Xatırladaq ki, adı çəkilən şirkət “Deloitte”, “Ernst & Young”, PwC” audit şirkətlərindən sonra dünyada 4-cüdür. “KPMG LLP”yə görə, Avropa bankları daha uzun onilliklər vaxtı keçmiş kreditləri yığmağa məcbur olacaq.
Şirkətin London ofisindən verilən məlumata görə, Avrozonada zəif iqtisadi artım qitə banklarının toksik aktivlərdən təmizlənməsini çətinləşdirib. Bu səbəbdən bankların mənfəətliliyi azalıb, kapital öhdəlikləri ağırlaşıb, nəticədə kredit təşkilatları yanlış menecmentlə üzləşib. Şirkətin əməkdaşı Marcus Evans deyib ki, mənfəətliliyi geri qaytarmaq çətin olsa da mümkündür: ” Avropa banklarının aşağı və yaxud mənfi faizli maliyyə bazarında çətinliklərlə qarşı qarşıya qaldığı görülür”.
Report