11 C
Baku
Monday, November 25, 2024

Storytelling – nəyə görə marketinqin ən yaxşı növüdür?!

Auditoriyanın və potensial işəgötürən şəxslərin diqqətini cəlb etmək üçün özünüz və bacarıqlarınız haqqında düzgün şəkildə bəhs etməyi öyrənmək lazımdır. Bunun üçün isə sizə storyteling kömək edə bilər.

Storytelling – tarixçələr danışmaqla məlumatın və müəyyən detalların ötürülməsi üçün bir üsuldur.

İnsanlara maraqlı deyil siz nə edirsiniz, onlara bunu necə və nə üçün etdiyiniz daha mühüm əhəmiyyət kəsb edir. Storytelling – marketinqin elə mükəmməl növüdür ki, bu zaman o marketinq gedişi təəssüratı yaratmır, lakin bununla eyni zamanda əhəmiyyətli effekt qazandırır.

Ola bilsin ki, işinizi irəlilətmək üçün storytellingdən istifadə etmək sizə dərhal nəticə qazandırmasın. Lakin bu üsul mütləq şəkildə sizi üstünlük ilə təmin edəcək və rəqiblərinizdən fərqləndirəcək. Bu zaman sifarişçilər və potensial müştəri auditoriyası sizin fərqinizə varacaq. Auditoriya işinizi qiymətləndirmək üçün kifayət qədər məlumata sahib deyil, lakin potensial müştəri kütləsi proses haqqında nə qədər çox məlumata sahib olsa, yaradıcılığınız onlar üçün bir o qədər maraqlı olacaq.

Yaxşı tarixçə müəyyən edilmiş struktur və məzmuna sahibdir. İlk növbədə pz yaradıcılıq bioqrafiyanızı təsvir edin. Tarixçənin əvvəlində oxucunun diqqətini cəlb etməlisiniz. Yaradıcılıq yolunuzda xüsusi önəm daşıyan hadisə haqqında, bu yolu seçməkdə sizi nəyin ilhamlandırdığı barədə bir neçə sətr qeyd edin.

Mövzunu daha sonradan onun ətrafında inkişaf etdirmək üçün maraqlı və cəlbedici giriş hissəsi yazmaq çox vacibdir. Əsas hissədə bir neçə detal ilə bölüşə bilərsiniz. Yekun hissədə ən əhəmiyyətli nailiyyətlərinizi qeyd etməkdə fayda var.

Bunun üçün auditoriyaya bəhs etmək istədikləriniz, onlara hansı fotoları göstərmək istədiyiniz barədə plan tərtib edə bilərsiniz.

Tarixçənizdən bəhs edərkən motivasiya mənbəyiniz olan vərdişləriniz, öz yaradıcılıq sirləriniz ilə bölüşə bilərsiniz. Yaradıcı insanların vərdişləri insanlar üçün müəyyən maraq kəsb edir. Çünki bu vərdişlərdən fayda əldə etmək və bu biliklərdən gündəlik problemlərin həlli zamanı istifadə etmək mümkündür. Bundan əlavə, auditoriya digər insanların öz məqsədlərinə doğru gedən yolda hansı maneələr ilə üzləşməsi haqqında məlumat əldə etməyi sevir.

Öz işinizi necə təşkil etdiyinizi təhlil edin. Hər hansı xüsusi texnikadan istifadə edirsinizmi? Ola bilsin ki, yaradıcılığınızı digər bir işlə qatmalı olursunuz, çünki gecələr də işləyirsiniz. Yaxud, orada heç kəsin sizi narahat etmədiyi xüsusi iş otağınız var.

Detallardan olduqca çox istifadə edin. Hadisələrin üzərindən sadəcə xatırlatma ilə ötüb keçməyin.

Beləliklə, storytelling – potensial auditoriya ilə əlaqə yaratmaq üçün gözəl imkandır. Özünüz haqqında danışmaqla oxucuların diqqət və marağına nail olacaqsınız.

Qeyd etmək lazımdır ki, storytelling yalnızca yaradıcı peşələr üçün keçərli deyil. Bu texnikadan müxtəif məhsulların tanıdılması və inkişaf etdirilməsi zamanı da istifadə etmək olar. Bu səbəbdən də, “Susmaq qızıldır!” atalar sözünü unutmaq, çərçivələrinizdən çıxaraq dünyaya özünüz haqqında danışmaq zamanıdır!

Son xəbərlər
Digər xəbərlər