“Pro Kredit” bank olmayan kredit təşkilatının (BOKT) 100% səhmdarı olan Emil Məhəmməd oğlu Məmmədov payını 2 fiziki şəxsə satıb. Bu barədə açıqlamasında BOKT-un İdarə Heyətinin sədri Ramil Məmmədov bildirib.
Bununla belə, o, rəhbərlik etdiyi maliyyə qurumunun yeni səhmdarlarının adlarını açıqlamayıb: “Sadəcə, deyə bilərəm ki, BOKT-un hər birinin nominal dəyəri 1 000 manat olan 500 səhmi bu iki şəxs arasında bərabər bölünüb”.
Xatırladaq ki, “Pro Kredit” ASC 2011-ci ildə yaradılıb.
Report