6 C
Baku
Sunday, December 15, 2024

Lisenziyası ləğv edilən bankın vəzifəli şəxslərinə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində lisenziyası ləğv edilən “Atrabank”ın “Xəzər” filialının vəzifəli şəxsləri – İntiqam Fərəcov, Tural Mərdanov, Natiq Adıgözəlov və Vüqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən şəxslərin hər birinə 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, “Atrabank”ın “Xəzər filialının əməkdaşları bankdan yarım milyon manatdan çox krediti mənimsəməkdə ittiham olunurlar. İttihama görə, bank əməkdaşları digərləri ilə birlikdə 150-ə yaxın istifadəyə yararsız avtomobili sənədləşdirərək bankdan külli miqdarda pul çıxarmağa müvəffəq olublar.

Təqsirləndirilən şəxslər – İntiqam Fərəcov, Tural Mərdanov, Natiq Adıgözəlov və Vüqar Əliyev Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinirlər. Onların barəsində başqa yerə getməmək iltizam tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, Fuad Mahmudov 2010-2011-ci illərdə fərdi qaydada avtomobil alqı-satqısı ilə məşğul olarkən özgənin əmlakını ələ keçirmək məqsədilə “Atrabank” ASC-nin “Xəzər” filialında qeyri-rəsmi qaydada avtomobil kreditlərinin verilməsində vasitəçilik edən Zaur Ədilov və digərləri ilə cinayət əlaqəsinə girib. Onlar həmin filialda əsasən maddi imkanı aşağı səviyyədə olan, tüfeyli həyat tərzi keçirən, az məbləğdə pulun müqabilində sənədi imzalamağa razılaşan şəxslərin adına tərtib edilmiş müvafiq xəzinə-məxaric orderlərində göstərilən külli miqdarda pul vəsaitinin bankın xəzinəsindən çıxarmaqa nail olmaqla dələduzluq ediblər.

Həmçinin müəyyən edilib ki, Zaur Ədilov “Atrabank” ASC-nin “Xəzər” filialında qeyri-rəsmi qaydada avtomobil kreditlərinin verilməsində vasitəçi kimi fəaliyyət göstərdiyi müddətdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Fuad Mahmudov, İntiqam Fərəcov və qeyriləri ilə əlbir olaraq cinayət əlaqəsinə girib. Z.Ədilov əsasən maddi imkanı aşağı səviyyədə olan, bəzi hallarda tüfeyli həyat tərzi keçirən, əvvəllər məhkum olunmuş və az məbləğdə pulun müqabilində sənədi imzalamağa razılaşan və ya şəxsiyyət vəsiqəsini təqdim edən ayrı-ayrı şəxslərin adına kredit müqavilələrinin rəsmiləşdirilməsinə və həmin şəxslərin adına tərtib edilmiş müvafiq xəzinə məxaric orderlərində göstərilən külli miqdarda pul vəsaitinin bankın xəzinəsindən alınmasına nail olub. Həmin pul vəsaitini ələ keçirməklə qeyriləri ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək dələduzluq edib.

Son xəbərlər
Digər xəbərlər