ABŞ-ın noyabrın 8-də müəyyənləşəcək yeni prezidenti sələfi Barak Obamanın “Twitter”dəki abunəçilərini də təhvil alacaq.
Bu barədə Ağ Evdən bildirilib. Abunəçilərin sayı 11 milyon nəfərdir.
Yeni dövlət başçısının inauqurasiyasının keçiriləcəyi 2017-ci il yanvarın 20-dən etibarən @POTUS akkauntu 45-ci prezidentin adına olacaq. Barak Obamanın bütün “tveet”ləri isə onun rəsmi eks-prezident mikrobloquna (@POTUS) köçürüləcək.
Ağ Ev xatırladıb ki, Obama sosial şəbəkələrdə fəallıq göstərən ilk ABŞ prezidentidir. O, “Twitter”də səhifə açan, “Facebook”da oval kabinetdən canlı yayım verən və “YouTube”da sualları cavablandıran ilk ABŞ prezidenti kimi tarixə düşüb.
Lent.az