Banker.azın şirkətə istinadən verdiyi məlumata görə, şirkət öz fəaliyyətini normal qaydada davam etdirir.
Şirkətin baş mühasibi Nizami Qasımovun bildirdiyinə görə, son günlər mediada yayılmış xəbərlərdə onun sözləri kobud şəkildə təhrif edilmişdir.
Onun sözlərinə görə :“ Standard Leasing şirkəti fəaliyyətini davam etdirir.Şirkət yalnız yeni layihələrlə işlərini saxlamışdır. Bu isə Bank Standardın lisenziyasının ləğvi ilə deyil, ümumi makro iqtisadi vəziyyətlə əlaqədardır. Lizinq bazarı hazırda özünün çətin anlarını yaşayır.” Nizami Qasımovun bildirdiyinə görə, “Standard Leasing” buna baxmayaraq cari layihələrlə işini davam etdirir. Lizinq bazarındakı vəziyyəti nəzərə alaraq , şirkətimiz daha az riskli müştərilərlə işləməyə üstünlük verir. Tarixcəsi bizdə olan, cari müştərilərimizdən risk dərəcəsi aşağı olan müştərilər ilə işlərimiz əvvəlki qaydada öz axarında davam edir.