10 C
Baku
Wednesday, December 11, 2024

Unibank Mobile-dan iPhone 6s-i kim qazandı?

Unibank öz müştərilərini sevindirməkdə davam edir. Bankın mobil əlavəsindən istifadə edən müştərilər iPhone 6s və digər qiymətli hədiyyələr qazanıblar. Unibank-ın “Unibank Mobile ilə qazanın”  tirajlı stimullaşdırıcı  lotereyasının qalibləri müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında seçilib. İki hissəli lotereyada Unibank Mobile-la 12 iyul-12 oktyabr tarixləri arasında əməliyyatlar edən müştərilərdən 24 nəfər qalib seçilib. Qaliblərdən ikisi Unibank-dan İphone 6S hədiyyə qazanıblar. Daha iki müştəri lotereyanın şərtlərinə əsasən, Bose Dinamik Bluetooth  sahibi olub. Lotereya müddətində Unibank Mobile-la əməliyyatlar edən 20 qalib isə 50 və 100 AZN balanslı ALBUKART debet kartı  qazanıblar.

Unibank Mobile istifadəçiləri üçün hazırda daha bir kampaniya keçirir. Kampaniya müddətində Unibank Mobile-la aparılan “hesabdan-karta” ,”kartdan –hesaba” və “kartdan –karta” əməliyyatlarına komissiya haqlarında 20%  endirim edilir.

Unibank Mobile hansı imkanları yaradır? 

  • Bütün hesablarınıza onlayn şəkildə nəzarət etmək;
  • Telefonunuzun kitabçasında qeydiyyatda olan dostlarınıza siyahıdan rahat şəkildə köçürmə etmək;
  • Unibank-dakı bir kart və ya hesabınızdan digər kart və ya hesabınıza pul köçürməsi, kartın bloklanması və blokdan açılması – bunlar hamısı bir kliklə mümkündür;
  • Olduğunuz yerdən kommunal, internet , kabel tv , kredit – istədiyiniz ödənişi həyata keçirin;
  • Aylıq ödənişlərinizi sistemə avtomatik ödənişlər siyahisina daxil edin və bu ödənişlər təyin etdiyiniz vaxtda avtomatik keçirilsin;
  • Unibank Mobile əlavəsi sizə həmçinin depozit və cari hesab açmağa imkan yaradır. Bundan əlavə mövcud əmanətlərinizlə bağlı bütün məlumatları banka gəlmədən əldə edə bilərsiniz.

Siz Unibank Mobile-ın köməyi ilə bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapa, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tuta bilərsiniz.

Unibank Mobile  İOS və Android platformalarında işləyir. Öz smartfonunuza Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf   yükləyə bilərsiniz.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank Mobile –asan, sürətli və təhlükəsiz!

 

Unibank-hər kəsin bankı!

Son xəbərlər
Digər xəbərlər