Müəllif: Raqil Quliyev, V.F.Azerkredit, Aparıcı Kredit mütəxəssisi
Bu gün mikro kredit bazarı genişlənmişdir. Mikro kredit aztəminatlı əhlinin inkişafı üçün ən yaxşı alətdir. Dayanıqlı maliyyə xidmətlərinin əldə olunması əhali gəlirlərini artırmaq, aktivlərini yaratmaq və xarici zərbələrə qarşı zəifliyini azaltmaq imkanı verir. Mikro kredit ev təsərrüfatlarına gündəlik həyat mübarizəsində gələcək üçün daha yaxşı həyat səviyyəsi üçün şərait yaradır.
Bildiyimiz kimi mərkəz regiondan fərqli olaraq ucqar regionlarda aztəminatlı əhali daha çoxdur. Ucqar regionlarda bankların zəif fəaliyyət göstərməsi burada yaşayan əhalinin kredit xidmətlərindən istifadəsi məhdudlaşır. Banklar üçün bir iri həcmli kredit vermək birdən çox mikro kredit verməkdən daha sərfəlidir.
Bu gün kredit bazarında Banklarla yanaşı Bank olmayan kredit təşkilatları da fəaliyyət göstərir. BOKT-lar ucqar regionlarda daha çevik hərəkət edir və əhalinin kreditləşməsində mühüm rol oynayır.
BOKT-lar ötən əsrin sonlarında yaransa da geniş yayılmışdır. Mərkəzi Bank tərəfindən BOKT-lar haqqında qanun təsdiqləndikdən sonra BOKT-ların inkişafı sürətlənmişdir .BOKT-ların artması bazarda rəqabəti daha da gücləndirir. Rəqabətə davam gətirib bazarda uzunmüddətli fəaliyyət göstərməsi üçün BOKT-lar əsasən aşağıdakı amillərə nəzər yetirməlidir.
1. Bazarın ərazisinin coğrafi mövqeyi, mərkəzlə əlaqəsi, infrastrukturu haqqında geniş məlumat əldə edilməlidir.
2. Bazarda digər kredit təşkilatları haqqında dəqiq və geniş məlumatlılıq. Bazarda fəaliyyət göstərən təşkilatların sayı, məhsulların çeşidliliyi, xidmət səviyyəsi nəzərə alınmalıdır. Müştərilərin hansı təşkilatın məhsullarına üstünlük verməsini öyrənmək lazımdır.
3. Sənədləşmə. Müştərilərin ən çox narazılıq etdiyi məqam. Sənədləşmə nə qədər sadə olsa müştəri məmnunluğunu bir o qədər çox qazanılır.
4. Kadr. Müştərilərlə daha çox işləyən kredit mütəxəssisləridir. Kredit mütəxəssisinin peşəkarlığı təşkilatın davamlı rəqabətini gücləndirir. Peşəkar kadra sahib olmaq üçün təşkilat mütəxəssislərin hazırlanmasında daha yaxından maraqlanmalı, onların ixtisaslaşmasına stimul yaratmalıdır. Mütəxəssislərin həmin ərazidə yaşaması daha yaxşı olar. Çünki onlar fəal müştərilər haqqında geniş məlumatlı olarlar. Müştəri cəlb etməkdə daha fəal olurlar.
5. Faizlərin bazar qiymətlərinə uyğun olması. Faizlərin aşağı olması bazarda rəqabətin aparılmasına daha effektiv təsir göstərir.
6. Əhalinin fəaliyyət sahəsi. Əhali fəaliyyət göstərdiyi biznes və xidmət sahəsinin gəlirliyini, istehsal etdikləri məhsul və xidmətlərin bazarda reallaşmasını təşkilat daha yaxından öyrənməlidir.
7. Xidmət. Müştəri məmnuniyyətini qazanmaq üçün əsas məqamdır. Müştəri müraciət edərkən ona göstərilən xidmətin səviyyəsi nə qədər yüksək olarsa bir o qədərdə məmnun qalar. Məmnun qalan müştəri təşkilatın xidmət səviyyəsini özü də bilmədən ətrafına reklam edər, yeni müştəri cəlbinə yol açar.
Beləliklə daha çox amillər saymaq olar. Əsas odur ki, bank və bokt-lar bazarda ədalətli rəqabət apararaq aztəminatlı əhaliyə daha yaxşı maliyyə xidmətləri göstərsinlər.