Noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərini kimi qazanmasından asılı olmayaraq, udan qızıla investisiya yatıranlar olacaq. Bunu HSBC bankının qiymətli metallar üzrə baş analitiki Ceyms Stil (James Steel) bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə qızılın qiymətində ciddi artım gözlənilir. “Donald Tramp seçkilərdən qalib ayrılarsa, qızılın bahalaşması sürətlənəcək. Klinton prezident olarsa, qızıl yenə bahalaşmaqda davam edəcək”, – deyə analitik əlavə edib.
APA







