Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank Reconstruction and Development, EBRD) Azərbaycanda 2016-cı il üzrə resessiya ilə bağlı proqnozunu 3% səviyyəsində saxlayıb.
Bu barədə EBRD-nin regional iqtisadi icmalında deyilir.
EBRD Azərbaycanda 2017-ci ildə iqtisadi artımla bağlı proqnozunu 1% səviyyəsində qoruyub. Qeyd edək ki, may ayından etibarən proqnoz bu səviyyədə olub.
“Yanvar-sentyabr aylarında Azərbaycanın ÜDM-i ötən ilin analoji dövrü ilə müqayisədə 3,9% azalıb. Qeyd edilən dövrdə neft sektoru üzrə ÜDM 6,1% azalıb. Ötən illərdə iqtisadi artımın əsas drayveri olan sahələrə investisiyaların həcmində də azalma müşahidə olunub.
Milli valyutaya inamın artırılması cəhdlərinə baxmayaraq, hesabat dövründə manata təzyiqlər davam edib. İnflyasiya 2015-ci ildəki 4% səviyyəsindən 11,2%-dək artıb ki, buna manatın ucuzlaşması səbəb olub”, – deyə, sənəddə qeyd edilir./apa