Türk lirəsi yenidən tarixi minimum hədə çatıb. Trend Türkiyənin “Hurriyet” qəzetinə istinadən məlumat verir ki, bu gün Türkiyənin milli pul vahidi dollara nisbətdə ucuzlaşaraq 3,1375 lirə təşkil edib.
Ekspertlərin fikrincə, buna Diyarbəkirdə bu gün baş verən terror hadisəsi və Xalq Demokrat Partiyasının millət vəkillərinin saxlanılması səbəb olub.
Buna qədər lirənin ən aşağı məzənnəsi oktyabrın 28-də qeydə alınıb ki, buna səbəb Suriya və İraqda başlayan hərbi əməliyyatlar olmuşdu.