6 C
Baku
Sunday, December 15, 2024

Rusiya yenidən öz “Alibaba” şirkətini yaradır

“Sberbank” öz infrastrukturundan istifadə edərək Rusiyada Çinin internet-nəhəngi olan “Alibaba”nın analoqunu yaratmağı planlaşdırır. Layihə “Milli ekosistem” adlanır.

“Psm7.com” saytına istinadla xəbərə görə, onlayn-meydança bir çox sahələri, o cümlədən istehlak malları, daşınmaz əmlak, təhsil, səhiyyə, istirahət və səyahət, proqram təminatı və əlavələrin hazırlanması, istehsal, maliyyə xidmətləri və sair sahələri əhatə edəcək. “Sberbank”ın planlarında “B2B” və “B2C” ticarət seqmentini əhatə etmək, eləcə də 2025-ci ilədək ticarət dövriyyəsini 65 trilyon rubla çatdırmaq dayanır.

Platformanın yaradılmasının üç variantı var: “Sberbank”ın gücü sayəsində, Rusiyanın iri internet-şirkətləri (məsələn, “Yandeks” və ya “mail.ru”) və yaxud xarici şirkətlərlə birgə.

“Alibaba Group” şirkətinin Rusiya nümayəndəliyinin rəhbəri Mark Zavadski qeyd edib ki, qrup istənilən təkliflərə açıqdır və Rusiyada bir və ya bir neçə strateji tərəfdaşlarla birgə iş imkanlarını nəzərdən keçirir.

Rusiya hələ 2016-ci ilin əvvəllərində özünün “Alibaba” nəhəngini yaratmağı elan etmişdi.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər