11 C
Baku
Monday, November 25, 2024

MDB vahid ödəniş sistemi yaradır

Plastik kart milli sistemi və Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistanın və Ermənistanın ödəniş sistemləri Avrasiya İttifaqı ərazisində Avropa İttifaqında mövud olan sistemə oxşar vahid ödəniş sistemi yaratmaq barədə razılığa gəliblər.

Bu istiqamətdə ilk addımlardan biri milli valyutada qarşılıqlı hesablaşmalara keçid olacaq. Plastik kart milli sistemindən bildirilib ki, ödəniş infrastrukturunun birləşdirilməsi ilk olaraq hər bir iştirakçı ölkənin ödəniş sisteminin texniki, maliyyə inkişafının vahid prinsiplərinin formalaşmasını tələb edir. Bu Belarusda “Belkart”, Ermənistanda “Erməni Kard”, Qazaxıstanda “Tenqri-kart” və Qırğızıstanda” ELKART”dır. Hazırda bu kartlar ölkədaxili bazarda işləyir. Məsələn, hazırda ruslar bu kartlarla Belarusda ödəniş edə, yaxud bankomatdan nağdlaşdırma həyata keçirə bilmirlər.

Bu sərhədlərin aradan qaldırılması vahid ödəniş sisteminin buraxılmasını təklif edir. Hazırkı mərhələdə söhbət bankomat və POS-terminal şəbəkəsinin birləşdirilməsi, Plastik kart milli sisteminin texniki bazası əsasında vahid çip kartların buraxılması və milli valyutada ölkələrarası hesablaşamalara keçiddən gedir.

Bu istiqamətdə ilk addım Rsuiya və Ermənistan tərəfindən atılıb. Hökumətlər 2017-ci ilin ortasındadək texniki inteqrasiyanın yekunlaşmasını və bununla da milli infrastrukturda “Mir” və ArCa ödəniş sisteminin kartlarının qəbulunu nəzərdə tutan ” Yol xəritəsi” imzalayıblar./Report

Son xəbərlər
Digər xəbərlər