10 C
Baku
Thursday, December 12, 2024

FED-in dekabrda uçot dərəcəsini artırması ehtimalı sıfıra enib

Donald Trampın ABŞ-ın yeni prezidenti seçilməsi praktiki olaraq dekabrda keçiriləcək Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) iclasında uçot dərəcəsinin artırılması ehtimalını sıfıra endirir. Bunu “Saxo Bank”ın baş iqtisadçısı Stin Yakobsen bildirib.

Seçkilərədək dekabrda keçiriləcək iclasda uçot dərəcəsinin artırılması ehtimalı 80% idi.

S. Yakobsen bildirib ki, dolların zəifləməsi ilə əlaqədar inflyasiyanın təzyiqi altında ABŞ-da resessiya təhlükəsinin artması qızılı bahalaşdıracaq: “Növbəti il ərzində qızılın unsiyasının qiyməti 1500 dollaradək arta bilər”.

Bankir qeyd edib ki, neft bir neçə ay öncə proqnozlaşdırılandan bir qədər artıq bahalaşacaq: “İllik diapazon 35-70 dollaradək genişlənəcək. Bununla yanaşı, WTI markalı neft 62-65 dollaradək bahalaşa, ardınca isə 40 dollaradək ucuzlaşa bilər”.

APA

Son xəbərlər
Digər xəbərlər