22 C
Baku
Thursday, October 3, 2024

ABŞ-da seçkilərdən sonra qışqıraraq stress atmaq təklif olunur

Amerikalı teleaparıcı Stiven Kolbert Nyu-Yorkun mərkəzində qışqırmaq üçün “budka” açıb. 8 noyabrdan 9 noyabra qədər davam edən prezident seçkiləri gecəsi boyu insanlar bu budkaya girərək qışqıra bilərdilər. Burada əsas məqsəd seçki kampaniyaları və seçki müddətində insanların qazandığı gərginlikdən xilas olmaqdır.

Budkanın yanında yerləşdirilmiş kamera sayəsində bütün baş verənləri Facebook sosial şəbəkəsində izləmək mümkün idi. Bir neçə saat davam edən canlı yayım təqribən 1,7 milyon baxış sayı toplayıb.

Qeyd edək ki, 8 noyabr tarixində ABŞ-da prezident seçkiləri baş tutdu. Respublikaçılar partiyasından olan namizəd Donald Trump ölkənin 45-ci prezidenti seçildi. Andiçmə mərasimi isə 20 yanvar 2017-ci ildə keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər