11 C
Baku
Monday, November 25, 2024

TuranBankın İdarə Heyətinə yeni sədr təyin olunub

TuranBankın Səhmdarların Ümumi Yığıncağının (SÜY) 14.10.2016-cı il tarixli qərarı ilə Bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilmişdir. Bu barədə Banker.az-a Bankdan məlumat verilir.

Belə ki, İdarə Heyətinin Sədri vəzifəsini icra edən Nazim Sadıqov Müşahidə Şurasına üzv seçilmiş, 2011-ci ildən Bankın Müşahidə Şurasının üzvü işləmiş Rauf Kazımov isə İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda SÜY-nın müvafiq qərarı ilə digər dəyişiklik Bankın İdarə Heyəti Sədrinin birinci müavini vəzifəsinə 2006-cı ildən İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışmış Fəzail Musayevin təyiniatı ilə bağlı olmuşdur.

Bank sahəsində böyük təcrübəyə malik olan Nazim Sadıqov və Rauf Kazımov TuranBankın qabaqcıl maliyyə institutlarından birinə çevrilməsində mühüm rol oynamaqda davam edəcəklər. Bankın idarəetmə orqanlarının yenilənmiş tərkibi ilə www.turanbank.az ünvanında tanış ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər