Coca-Cola şirkətinə məxsus olan İspaniyanın Minute Maid limonad kompaniyasının Limon & Nada brendi, xüsusi satış avtomatları quraşdırıb ki, burada qiymətlər havanın temperaturundan asılı olaraq dəyişir.
Avtomatlar Madridin Momentum agentliyi tərəfindən quraşdırılıb, onlar xüsusi proqram təminatı ilə təchiz edilib ki, bu da onlara termometrdəki hava göstəricisindən asılı olaraq qiymətləri dəyişmək imkanı verir.
Hava nə qədər isti olsa, içkilərin qiyməti bir o qədər ucuz olacaq. Havanın temperaturu 25 dərəcəyə qədər olduqda, bir qazlı su şüşəsinin qiyməti 2 avro, 26-29 dərəcədə arasında 1 avro 40 sent və nəhayət hərarət 30 dərəcəyə çatarsa qiymət tam 1 avro olacaqdır. Madridin əyləncə mərkəzlərində 18 belə avtomat quraşdırılıb, onlar sentyabr ayına qədər fəaliyyət göstərəcək.