2016-cı ilin birinci yarısında Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri 3,9% – 14 mlrd. 192,38 mln. manata qədər artıb.
Bankın auditor rəyi ilə təsdiq edilmiş birinci yarımillik üzrə maliyyə hesabatına əsasən, yanvar-iyun aylarında ABB-nin kredit portfeli 9,4% – 5 mlrd. 135,769 mln. manata qədər azalıb.
30 iyun tarixinə bankın öhdəlikləri 13 mlrd. 623,433 mln. manata (artım 5,2%) bərabərdir.
Hesabat dövrünün sonuna müştərilərin hesablarında vəsaitin qalıqları 8 mlrd. 175,442 mln. manat (artım 22,1%) təşkil edir.
İyulun 1-nə bankın kapitalı 568,947 mln. manat (azalma 20,3%), səhmdar kapitalı 641,287 mln. manat (dəyişməyib) həcmində olub.
I yarımillikdə fəaliyyətinin yekunları üzrə ABB-nin zərəri 344,158 mln. manat (2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə artım 59,4%) təşkil edib.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Bankın əsas səhmdarı 80%-dən çox paya malik olan Maliyyə Nazirliyidir.
İnterfaks