22 C
Baku
Thursday, October 3, 2024

“WhatsApp” videozəngləri şifrələyəcək

“WhatsApp” messenceri yaxın zamanlarda yeni şifrələnmiş videozənglər funksiyasını işə salacaq.

“Reuters”ə istinadən məlumatına görə, onun köməyi ilə istifadəçilər video konfrans rejimində ünsiyyət qura biləcəklər. Funksiya 180 ölkədə iOS, “Android” və “Windows” əməliyyat sistemlərinin istifadəçiləri üçün əlçatan olacaq.

Tərtibatçılar bildirir ki, şifrələnmə sistemi video zənglərin tam müdafiəsini təmin edəcək və onun məzmununu nə “WhatsApp” əməkdaşları, nə də hökumət strukturları bilə bilməyəcəklər. Bundan başqa, video rejim kamera və akkumulyator istehsalında istifadə olunan son texniki innovasiyalar sayəsində hətta ucuz smartfonlarda da tam olaraq çalışacaq.

2014-cü ildə “WhatsApp”ı əldə edən “Facebook” sosial şəbəkəsi mobil əlavəyə öz serverləri və rabitə kanalları vasitəsindən istifadə etməyə imkan verib. Bunun sayəsində məlumatların ötürülməsi daha tez və stabil olaraq həyata keçiriləcək.

Hazırda “WhatsApp” dünyanın ən populyar mobil əlavələrindən biridir. Hazırda ondan 1 milyarda yaxın insan istifadə edir. Bundan öncə orada mətn məlumatlarının və fayların mübadiləsi rejimi, həmçinin səsli əlaqə funksiyası da istifadəyə verilib.

Lent.az

Son xəbərlər
Digər xəbərlər