9 C
Baku
Saturday, January 11, 2025

JPMorgan Chase – ən qədim investisiya bankı

JPMorgan Chase dünyanın ən qədim investisiya-bank kompaniyaları sırasına daxildir, baxmayaraq ki, o indiki quruluşunu yalnız 2000-ci ildə əldə etmişdir. Həmin ildə iki ən qocaman korporasiyaların birləşməsi baş tutdu: Chase Manhattan Corp və J.P. Morgan & Co. Tamamı ilə birləşmə və yenidənqurma prosesləri isə yalnız 2004-cü ildə başa çatdı. Bugünkü kompaniyanın baş qərargahı isə Nyu-York şəhərində yerləşir.

Korporasiyanın tərkibinə üçüncü bir təşkilat da daxildir: Washington Mutual. Bu təşkilat isə xıra biznes sahəsi, yaşayış evlərinin kreditləşməsi və kredit kartlarının verilməsi ilə məşğuldur.

Kompaniyanın dünyanın 60-dan çox ölkəsində nümayəndəliyi vardır. Kompaniyanın təkcə mərkəzi aparatında 2000-dən artıq insan çalışır. JP Morgan Chase-ə müraciət etməklə müştərilərin eyni bir məkan daxilində müxtəlif maliyyə alətləri yığımından yararlanmaq şansları meydana çıxır.

İndi onların aktivlərinin dəyəri 40 milyard dollara yaxın, amma bir zamanlar, haradasa 200 il əvvəl hər-şey təzə-təzə başlayırdı. Kompaniyanın yaranması və mövcudluğu tarixi ayrı-ayrı dolaşıq, udulma və birləşmə fraqmentləri ilə doludur, bəzən bu hadisələr o qədər dolaşıqdır ki, onlardan baş açmaq üçün saatlarla kitab və jurnal arxasında oturmaq lazım gəlir.

1799-cu ildə maliyyə əməliyyatları ilə məşğul olan TheBankoftheManhattanCo bankı yaradılır.

1877-ci ildə maliyyəçi C. Tompson məşhur amerikalı hüquqşünas və siyasətçi S. Çeysin şərəfinə eyni adlı bankın əsasını qoyur. Bankın işləri 1930-ci ilə qədər çox yaxşı gedir, o, nəinki ABŞ-ın, həm də dünyanın ən nəhəng banklarından birinə çevrilir. Həmin ildə Chase National Bank digər məşhur bir bankı – The Bank of the Manhattan-i udur.

Lakin daha sonra Manhattan bankı bir neçə illiyə onu udmuş bankın nəzarəti altından çıxmağa müyəssər olur. 1955-ci ildə isə nəhayət bu bankların qəti birləşməsi baş tutur və yeni yaranan kompaniya 70-ci illərin əvvəllərində ChaseManhattanBankları adlanmağa başlayır. 20-ci əsrdə o, aktivlərinin həcminə görə ABŞ-ın üçüncü ən nəhəng bank təşkilatına çevrilir.

1871-ci ildə amerikalı bankirlər e. Dreksel və C.P. Morqan (J.P.Morgan) birlikdə Drexel, Morgan& Co., kompaniyasını yardırlar, son nəticədə bu müəssisə məşhur J.P. Morgan & Co bankına çevrilir. Firma daha çox kiçik bizneslə və sığorta işləri ilə məşğul olur, lakin daha iri müştərilər ilə əməkdaşlıq da öz axarı ilə normal inkişaf edir.

Əlbəttə ki, 2000-ci il udulmasından sonra daha çox udan tərəf Chase Manhattan olur. O iki başlıca hədəfini yerinə yetirmiş olur: JP Morgan-ı udmaqla, ilk növbədə bazardan özünün ən böyük rəqibini çıxarmış olur, həmçinin JP Morgan brendini əldə edərək, onun gözəl imicindən yararlanır.

Kompaniyanın yeni adından da görünür ki (JPMorgan Chase) yeni tərəfdaşlar heç də yaxşı yola getmirlər, çünki ad məsələsində onlardan heç biri digərinə güzəştə getməyə razı olmayıb. Buna görə də kompaniyanın yeni adı bu gün belə uzundur.

Son xəbərlər
Digər xəbərlər