2016-cı ilin iyul ayının əvvəlindən başlayaraq Fətullah Gülən ilə əlaqəyə sahib olmaqda ittiham olunan yerli sahibkarların 600-dən çox şirkətlərinin əmlakı müsadirə edilib. Gözləntilərə əsasən, müsadirə edilən bütün aktivlər dövlətə yaxın olan biznesmenlərə ötürüləcək.
Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, müsadirə dövlət çevrilişi cəhdindən sonra elan edilən fövqəladə vəziyyət çərçivəsində həyata keçirilir.
Bloomberg agentliyinin yazdığına görə, biznesmenlərin problemləri hələ dövlət çevrilişi cəhdindən əvvəl yaranmışdı. Belə ki, Metro Holding şirkətinin 51 yaşlı yaradıcısı hələ iki il əvvəl ölkəni tərk etmişdi. Buna səbəb isə onu ölkədə ömürlük həbs cəzası gözləyirdi. Onun Pensilvaniyada 15 il məhkumluk həyatı sürmüş tanışı ilə əlaqəsinin olmasında ittiham edirdilər.
Türkiyəli milyarder və ölkədə fəaliyyət göstərən nəhəng qeyri-dövlət media holdinqinin sahibi Aydın Doğan əmlakının ələ keçirilməsindən qurtulmaq üçün aktivlərini bir şirkətdə birləşdirmək tapşırığı verib. Həmçinin Doğan ABŞ və Aİ-da antiislamafob konfransların sponsoru olub.
“Doğuş” holdinqinin sədri milyarder Fetit Saşenk son dəfə ictimaiyyət qarşısına təxminən 1 aydan çox olar ki, Rizə şəhərində İslam universitetinin açılması zamanı çıxıb. O bu universitetin inşasına 20 milyon dollar yatırıb. Doğan və Saşenk şərh bildirməkdən imtina edib.
Keçən ilin sonunda ölkəni “Akın İpek” holdinqinin yaradıcısı Koza İpek tərk etdi. O ölkəni tərk etdikdən sonra dövlət həmin holdinqə daxil olan 18 şirkətin əmlakını müsadirə etmişdi. Müsadirə edilən şirkətlərin bazar dəyəri o zaman 8 milyard dolları geridəə qoyurdu.
Ölkədəki şirkətlərin müsadirə olunması ictimai şəkildə elan edilir. Belə ki, Türkiyənin baş naziri keçən həftə çıxışı zamanı bildirdi ki, 600-dən çox şirkətin səhmlərinin idarə paketi ölkənin rifah fonduna köçürülüb. Qeyd edək ki, bu şirkətlərin sahibləri terrorçulara yardım etməkdə ittiham edilir.







