Hamınıza bəllidir ki, İsveçrə -banklar ölkəsidir. Burada hər 1,5 min nəfərə bir bank strukturu düşür. Ölkədə bundan əlavə dünyanın ən nəhəng banklarının 140 filialı (bölməsi) fəaliyyət göstərir. İsveçrənin bank sistemi özündə 500-dən artıq bank təşkilatını əhatə edir. Bütün İsveçrə bankları ənənəvi olaraq üç kateqoriyaya bölünür.
Birinci kateqoriyaya ölkənin üç ən nəhəng bankı daxildir: Union bank of Switzerland, Swiss bank corporation və Swiss credit bank. Kantonal, yerli və əmanət bankları ikinci kateqoriyaya daxildir və əsasən bu banklar öz regionlarındankı yerli əmanətçilər ilə işləyir və adi bank əməliyyatları və kreditləşmə üzrə ixtisaslaşırlar. Üçüncü kateqoriya isə -özəl banklar adlanan qrupdan ibarətdir. Onların əsas fəaliyyət növünü –investisiya portfellərinin idarəetməsi təşkil edir. İsveçrənin kredit sisteminə isə üzvü surətdə böyük sayda maliyyə kompaniyaları daxildir. Onlar aşağıdakı qruplara bölünürlər:
- depozit cəlb etmək üçün özlərini açıq şəkildə, ictimaiyyət qarşısında reklam edən kompaniyalar və onlar federal bank qanunvericiliyinin bütün tələblərinə cavab verməyə borcludurlar;
- depozit qəbul etməyən, lakin digər bank əməliyyatları həyata keçirən kompaniyalar. Belə kompaniyalara qüvvədə olan bank qanunvericiliyinin tənzimləyici maddələrinin yalnız müəyyən bir qismi şamil olunur.
Bankların və investisiya kompaniyalarının üzərində ciddi nəzarətin mövcudluğu İsveçrə bank sisteminin əsas fərqləndirici xüsusiyyətdir. Banklar üzərində nəzarət üçpilləli struktura malikdir və Federal bank komissiyası, Milli Bank və İsveçrə bank assosiasiyası tərəfindən həyata keçirilir. Bankların fəaliyyəti, onların tənzimlənməsi və nəzarət 1934-cü il 8 noyabrda qəbul olunmuş banklar və əmanət banknotları haqqında qanuna müvafiq olaraq həyata keçirilir. Qanunun əsas təyinatı müştəri maraqlarının müdafiəsidir. Fəaliyyət lisenziyası Federal bank komissiyası tərəfindən yalnız o təqdirdə təqdim edilir ki, bank qeyd edilən qanunun bütün tələblərinə müvafiq olsun. İstisnalar yol verilməzdir.
Əgər qanun pozuntusu müşahidə olunarsa, verilmiş lisenziya geri çağırıla bilər. Hal-hazırda minimal nizamnamə kapitalının həcmi 2 milyon İsveçrə frankı təşkil etməlidir, amma praktikada lisenziyanın alınması üçün bu rəqəm 20 milyon franka qədər olur. İkinci dünya müharibəsindən sonra İsveçrədə heç bir bankda bankrot hadisəsi qeydə alınmayıb. İsveçrə banklarının yüksək reytinqini müəyyən edən daha bir fərqləndirici cəhət bank sirrinin qorunmasıdır. İsveçrədə əmanətlərin sirri, həm mülkü (vətəndaş hüququ), həm də cinayət hüquqi ilə mühafizə olunur. Öz müştərilərinin sirrini qoruya bilməyən banklar ümumiyyətlə lisenziyadan məhrum edilə bilər, belə bir informasiyanın yayılmasında təqsirli bilinən əməkdaşı 6 aylıq həbs cəzasından 50 min İsveçrə frankına qədər cərimə gözləyir.
Bank informasiyası dövlət orqanı tərəfindən yalnız o təqdirdə açıqlana bilər ki, müştərinin cinayət əməlində iştirakı təsbit edilmiş olsun və onun cinayəti sübuta yetirilsin. Vergidən yayınmaq isə İsveçrədə cinayət hesab olunmur. Digər ölkələrin valyuta tənzimlənməsinin pozulması da İsveçrə qanunlarına əsasən cinayət predmeti hesab oluna bilməz.
.
Bank komitəsi müstəqil orqandır, o nə hökumətə, nə də milli banka tabe deyil. Bank komitəsi banklar tərəfindən bank fəaliyyəti haqqında qanuna, həmçinin təsis edilmiş digər norma və qaydalara riayət edilməsinə nəzarət edir. Onun əsas təyinatı isə səhmdarların maraqlarının müdafiəsidir. Öz fəaliyyəti daxilində komitə müstəqil, bank daxilində yerləşməyən auditor xidmətlərinə, həmçinin bankların öz daxili auditinə istinad edir. Banklarda əsas idarəedici vəzifələrə müəyyən şəxslərin namizədliyinin irəli sürülməsi zamanı komitənin öz fikrini bildirmək hüququ vardır. İsveçrədə bu orqanın fəaliyyətinə böyük önəm verilir. Komitənin qərarları faktiki olaraq icbari xarakter daşıyır.