8 C
Baku
Friday, December 13, 2024

Trump siyasətinin gözləntisi fonunda Dow Jones və S&P 500  rekord qırır

Bazar ertəsi Dow Jones Industrial Average və S&P 500 indekslərində ticarət günü rekord səviyyədə bağlanmışdır. İnvestorlar, Trump siyasətinin işə düşəcəyi halda gəlir əldə edə biləcək şirkətlərin səhmlərini sürətlə almağa başlayıblar.

Banker.azın investing.com istinadən verdiyi məlumata əsasən,  S&P 500 indeksində olan artımlar əsasən neft və qaz sektorunda dirçəlmə nəticəsində olub. İndekslərində artım olan şirkətlər arasında Marathon Petroleum Corporation (8.94%), Chesapeake Energy Corporation (6.99 və Range Resources Corporation (6.97%) olmuşdur.

Qeyd edək ki, bu prosesin gedişatında Dow Jones Industrial Average və S&P 500 tarixi maksimumlarını yeniləyiblər.

Son xəbərlər
Digər xəbərlər