8 C
Baku
Friday, December 13, 2024

Sıfır nominallı banknot

2010-cu ildə Hindistanın rüşvətxorluqla mübarizə təşkilatı simvolik olaraq 0 (sıfır) nominallı rupilər buraxdırdı.

Rüşvətxorluğa qarşı çıxan təşkilat hindlilərdən tələb edirdilər ki, qəsbkar məmurlar onlardan rüşvət tələb etdikdə rüşvəti bu nominallı rupilərlə ödəsinlər. Aktivistlərin bildirdiyinə əsasən, banknotlar əhali arasında çox məşhurdur.

Ölkədə müşahidə edilənlərə əsasən, bu banknotlar tez-tez hər hansı xidmətin müqabilində və yaxud cərimənin yazılmaması üçün rüşvət tələb edən polislərə və müxtəlif vəzifəli şəxslərə verilmişdir.

Son xəbərlər
Digər xəbərlər