13 C
Baku
Sunday, November 24, 2024

İcbari tibbi sığorta 2017-ci ildə işə düşür

2017-ci ildə Azərbaycanda işəgötürənlər tərəfindən əməkdaşların icbari tibbi sığortası üzrə pilot layihənin reallaşdırılması nəzərdə tutulur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

“2017-ci ildə bu layihə reallaşdırılandan sonra onun geniş tətbiqi planlaşdırılır”, – deyə hökumətdən bildiriblər.

Hökumətin planlarına əsasən, 2021-ci ilə qədər ortamüddətli dövrə məqsədlərdən biri sığortaçıların maliyyə sabitliyinin təminatı, onun ödəniş qabiliyyətinin artırılmasıdır.

Bu dövrdə sığortaçıların mərkəzləşdirilmiş reyestrinin yaradılması planlaşdırılır.

“Bundan başqa, devalvasiyanın və bank sektorunda baş verən proseslərin sığorta sektoruna təsirinin qiymətləndirilməsi aparılacaq və mənfi nəticələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək”, – deyə hökumətdən qeyd ediblər.

Ortamüddətli perspektivə məqsədlərdən biri sığorta bazarında dövlət nəzarətinin keyfiyyətinin artırılmasıdır.

Son xəbərlər
Digər xəbərlər