2 C
Baku
Saturday, December 14, 2024

İnk imperiyasının pulsuz mövcud olan iqtisadiyyatı

XV – XVI əsrlərdə İnk imperiyası Cənubi Amerikanın ən nəhəng dövlətlərindən biri idi. İnklər gözəl şəhərlər inşa edirdi və çoxlu qida məhsulları, tekstil, qızıl və s.lərə sahib idilər.

Bununla yanaşı, onlar da pul yox idi. Bundan daha artıq – onlarda ümumiyyətlə bazarlar mövcud deyildi.

İnk imperiyası And dağlarının sahil xətti boyu uzanırdı və müasir Peru, Kolumbiya, Çili, Boliviya, Ekvador və Argentinanın ərazisini əhatə edirdi. Ola bilsin ki, İnk imperiyası tarixdə mövcud olmuş yeganə sivilizasiya idi ki, burada tacirlər və heç bir kommersiya əlaməti yox idi.

İnklərin bir çox həyat aspektləri sirr olaraq qalır, buna səbəb isə onlar haqqında bütün məlumatların ispan fatehləri tərəfindən bildirilməsindədir. Bu ispanlar məhz onların sonunun gəlməsinə səbəb olmuşlar. Konkistador Fransisko Pissaro 1532-ci ildə cəmi bir neçə adamın köməkliyi ilə ink ordusunu məğlub etdi. Lakin İnk imperiyasına əsl zərbəni bundan 10 il əvvəl avropalı qəsbkarlar vurmuşlar. Onlar heç fərqində olmadan burada çiçək epidemiyasını yaymışlar və bu xəstəlik səbəbindən inklərin 90%-i həlak olmuşdu.

Sənədlər inkləri dağ kənd təsərrüfatının və tikintinin ustaları kimi təsvir edir. Onlar fermalar inşa edir və dağların yamaclarında kartof, qarğıdalı, araxis becərirdilər. Hər bitki müəyyən olunmuş xüsusi hündürlükdə əkilirdi. Onlar həmçinin torpağın üst qatını yaxşı vəziyyətdə saxlamaq üçün ağaclara xüsusi qulluq edirdilər.

Ticarətə gəldikdə isə, onlar hesab edirdilər ki, bir bitkini bir yerdə becərmək mümkün deyilsə, onda onu lazımı yerə köçürmək lazımdır.

Məhsulların istehsalı, paylanması və istifadəsi dövlət tərəfindən idarə edilirdi və imperiyanın hər bir vətəndaşı anbardan həyat üçün lazımı qədər olan məhsul əldə edirdi. Onlar həmçinin anbardan alətlər, xammal və geyim əldə edirdilər. Bütün bunlara görə heç bir məbləğ ödəmək laızm deyildi. Bazarlarsız standart valyutaya və pullara ehtiyac da yox idi. Onların pul xərcləmək üçün heç bir səbəbləri yox idi.

Ola bilsin ki, inklərin böyük zənginliyinin səbəbi onların sahib olduğu qeyri-adi vergi sistemində idi: vergiləri pullarla ödəmək əvəzinə, hər bir vətəndaş dövlətin xeyrinə işləməli idi və bu işin əvəzində ona yaşamaq üçün lazım olan tələbatları verilirdi. Əlbəttə ki, burada da vergini hər kəs ödəmirdi: yüksək təbəqə və hakimlər cəmiyyətin digər vacib şəxsləri kimi vergidən azad idilər.

Bir çoxları İnk imperiyasını avtoritar monarxiya adlandırdığı halda, bəzi tədqiqatçılar buranı ideal sosioloji dövlət hesab edirdilər. Lakin əslinə qalsa inklər də digər xalqlar kimi imperiya yaratmışdılar: rəhbərlər vətəndaş müharibələri və qarşıdurmalarla; qullar və işçilər isə tikinti və kənd təsərrüfatı ilə məşğul olurdular. Bununla yanaşı, aclıq yox idi.

Son xəbərlər
Digər xəbərlər