8 C
Baku
Thursday, December 12, 2024

Deutsche Bank

Deutsche Bank dünyanın yetmiş iki ölkəsində maliyyə xidmətlərinin göstərilməsi ilə məşğul olur, depozitlərin həcminə görə bank Avropa aparıcı mövqelərdə qərarlaşıb.

Deutsche Bank-ın tarixi 22 yanvar 1870-ci ildə nizamnamənin qəbul edilməsi ilə başlamışdı. Bank mövcudluğunun ilk onilliyində sürətlə inkişaf edərək dünyanın ən mühüm bir neçə iqtisadi layihəsini idarə edirdi. O, Almaniyada metallurgiya, kimya və elektrotexniki sənayenin inkişafında əsas rollardan birini oynadı. 1929-cu ildə bank digər yerli alman bankları ilə birləşir və Almaniyanın bank işi tarixində ən böyük birləşmə olan Deutsche Bank und DiscontoGesellschaft əmələ gəlir. 1937-ci ildə bankın adı yenidən Deutsche Bank olur.

İkinci Dünya müharibəsi zamanı bank yəhudilərin mülkiyyətinin müsadirəsində iştirak etmişdir ki, sonradan buna görə külli miqdarda kompensasiya ödəməyə məcbur oldu. Müharibə bitdikdən sonra bankı on regional şöbəyə böldülər, lakin onlar 1952-ci ildə üç bank – Rheinisch-Westfälische Bank AG, Süddeutsche Bank AG və Norddeutsche Bank AG adı altında birləşdilər. Öz növbəsində 1957-ci ildə bu üç bank birləşərək Deutsche Bank AG bankı formalaşdırırlar.

Deutsche Bank dünyanın yetmiş iki ölkəsində fəaliyyət göstərir və onun fəaliyyəti korporativ və fərdi müştərilər üçün maliyyə məhsul və xidmətlərinin göstərilməsindən ibarətdir. Bankın dünyanın bütün iri maliyyə mərkəzlərində – Avropa, Şimali və Cənubi Amerika, Asiya-Sakit okeanı regionları, eləcə də yeni yaranmış bazarlarda şöbələri mövcuddur.

Bankın əməkdaşlarının sayı 100000 nəfərdən çoxdur. Bank Forbes Global 2000

Leading Companies reytinqində 52-ci yeri tutur.

Deutsche Bank-ın baş direktoru İosef Akermenndir.

Son xəbərlər
Digər xəbərlər