7 C
Baku
Thursday, December 12, 2024

İpoteka Fondu pulları hardan tapacaq? (ŞƏRH)

Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 15%, yəni MB banklara krediti həmin faizə verir. Mərkəzi bankın özü banklardan vəsaitləri depozit hərracında 21 noyabrda orta hesabla 14,98%dən cəlb edib. Özdə tələb nə az nə çox 105 milyon manat. SOCARın dollar istiqrazları 5%-dən yerləşdirilib. Maliyyə Nazirliyidə dövlət istiqrazlarını yuxarı faizlə cəlb edir.

Bu günlərdə isə İpoteka Fondu 50 milyon manat məbləğində istiqrazlar yerləşdirmək niyyətindədir. Bu vəsaitlər 8%lə adi ipoteka kreditlərinin verilməsinə yönəldiləcək və bunun üçün aşağı faizlə cəlb edilməlidir. Əvvəllər fond istiqrazları 3%-dən yerləşdirirdi və həmin vaxt manatın məzənnəsi möhgəm idi, üstəlikdə MB-nin umot dərəcəsi dəfələrlə aşağı idi. O vaxtda bu istiqrazların alınması o qədərdə sərfəli deyildi. Məsələn, bir dəfə iri banklardan birinin vəzifəli şəxsinə sual verəndə, dedi ki sərbəst vəsait olnada həmin istiqrazları likvid aktiv kimi saxlamağa dəyər.

Ancaq əgər pul çoxdursa. İndi şərait dəyişib. İndi vəsait cəlb etmək olar, ancaq hansı faizlə! Çünki istiqraz çox aşağı faizlə yerləşdirilməlidir, maliyyə institutlarına isə bu maraqlı deyil. Heç kim digər sərfəli maliyyə alətlərini qoyub 3-4%-lik istiqrazları almaz. Sözsüz ki, istiqraz yerləşdirilməsinə qərar verənlər yəqin istiqrazların necə yerləşdiriləcəyi yolunu müəyyən ediblər. Bizə isə ancaq ehtimal və ümid etmək qalır. Bəs bu vəsait hardan tapılacaq?
Birinci ehtimal Maliyyə Nazirliyidir. Bu inandırıcı görsənmir, çünki Nazirliyin düdcə ilə problemləri onsuzda çoxdur. Digər tərəfdən Nazirliyin özü dövlət istiqrazlarını daha yüksək faizə özü cəlb edir.

İkinci ehtimal istiqrazların Mərkəzi Bank tərəfindən alınması. Bu bir qədər qəribə görsənsədə belə ehtimal az da olsa var. Çünki, MB-nin birbaşa kredit vermə təcrübəsi olub və istiqraz almasıda qeyri-adi görsənməz bunun fonunda.
Daha yüksək ehtimal isə üçüncüdür. Manatla çoxlu həcmdə sərbəst maliyyə vəsaitləri olan banklara bu işin “tapşırılması” istisna deyil. Bu onlara sərf etməsə belə…
Sual oluna bilər ki, nə üçün istiqrazların yerləşdirilməsinin incəlikləri bu qədər vacibdir. Çünki bu yerləşdirmə nəticəsində bilinəcək ki, gələcək maliyyə mənbələri hardan formalaşacaq və onun gələcək potensial həcmi nə qədər olacaq.

Rəşad Əliyev

Son xəbərlər
Digər xəbərlər