4 C
Baku
Friday, December 26, 2025

Bağlanan bankların kreditorlarına iki ay vaxt verildi

Əmanətlərin Sığortalanması Fondu (ADİF) qarşıdakı 2 ay ərzində “Dekabank” və “Parabank”a qarşı tələbləri yazılı şəkildə qeydə alacaq.

Vergilər Nazirliyindən verilən məlumata görə, bunun üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidir.

– Kreditorun adı, ünvanı;

– Tələbin əsas məğləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

– Tələbin təminatı olan girov (ipoteka) və ya zəmanət barədə məlumat. “Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən sonra 2 ay ərzində bankın ləğvedicisi kimi ƏSF-ə müraciət etsinlər”.

Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi bu il iyulun 22-də verdiyi qərarla həmin bankların fəaliyyəti dayandırılıb. Onların ləğvedicisi isə ADİF-dir.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər