8 C
Baku
Friday, December 13, 2024

2016-cı ilin sonuna qədər 200 milyon manat həcmində kredit – Sahibkarlara

Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı il üçün biznesin güzəştli kreditləşməsi üzrə proqnozunu azaldıb.

Trend-in məlumatına görə, bu gün banklar konfransında çıxış edən İqtisadiyyat Nazirliyinin strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin rəhbəri Yalçın Əzizov deyib ki, ilin sonunadək SKMF sahibkarlara 200 milyon manat həcmində güzəştli kredit təqdim edəcək.

Daha əvvəl qurum 2016-cı il ərzində 250 milyon manat həcmində kreditlərin verilməsinin planlaşdırırdı.

İlin əvvəlindən bu günə qədər 2 145 layihənin reallaşdırılması üçün 135,8 milyon manat kredit təqdim olunub.

Son xəbərlər
Digər xəbərlər