8 C
Baku
Thursday, December 12, 2024

“PAŞA Bank”ın törəməsinin rəhbərliyi yenidən formalaşdırır

Sabah “PAŞA Bank” ASC-nin Türkiyənin törəməsi – “PAŞA Yatırım Bankası”nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə Report Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu – KAP) istinadən xəbər verir.

Məlumata görə, yığıncaqda Bankın İdarə Heyətinin üzvlərinin sayı, eləcə də onların seçilməsi məsələsi müzakirə ediləcək.

Xatırladaq ki, “PAŞA Yatırım Bankası” 2014-cü ilin sonunda, 2015-ci ilin əvvəlində “PAŞA Bank” ASC-nin Türkiyənin “Aksoy Holding”inə məxsus “TAİB Bank”ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir.

Son xəbərlər
Digər xəbərlər