3 C
Baku
Saturday, December 14, 2024

Bağlanan 10 bankın əmanətçilərinə 709 mln. manata yaxın kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 mln. 863 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 mln. 334 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 192 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 21 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96%-i) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 125 mln. 410 min manatdan artıq kompensasiya verilib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 218 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 926 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 144 min manatdan artıq kompensasiya ödənilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 147 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 81 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 205 min manatdan artıq kompensasiya ödənilib.

“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 421 mln. 884 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 96%-i əmanətçilərə ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 708 mln. 643 min manatdan artıq kompensasiya ödənilib.

APA

Son xəbərlər
Digər xəbərlər