Gələn il yanvarın 16-da Rusiyanın paytaxtı Moskva şəhərində “Nikoil” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bankdan verilən məlumata görə, yığıncaqda Müşahidə Şurasının, Audit Komitəsinin tərkibinin dəyişdirilməsi və Audit Komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi məsələsinə baxılacaq.
Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallar səhmdarların elektron ünvanlarına göndəriləcək.
APA