8 C
Baku
Friday, December 13, 2024

İlin sonuna bir dollar 3,50 lirə olacaq

ABŞ dollarının türk lirəsinə qarşı məzənnəsi yenidən yüksəlməyə başlayıb. Bu günün günorta saatlarına 1 dollar 3,40 türk lirəsinə bərabər olub.

“JP Morgan” analitikləri türk lirəsinin ABŞ-ın faiz nisbətlərindəki artıma “yüksək dərəcədə həssas” olduğunu açıqlayıb. O da qeyd edilib ki, 2016-cı ilin sonunda 1 dollar 3.50 türk lirəsinə, 2017-ci ilin sonunda isə 3.65 türk lirəsinə bərabər olacaq.

Bu arada Mərkəz Bankın sabahkı yığıncağında faiz nisbətlərinin dəyişdirilməməsi gözlənilir. Xatırladaq ki, Mərkəz Bank sonuncu dəfə mart ayında faiz endiriminə gedib. Bundan sonrakı iclaslarında faizləri sabit tutub.

Publika.az

Son xəbərlər
Digər xəbərlər