2 C
Baku
Saturday, December 14, 2024

Şotlandiyanın bank sistemi

Şotlandiyada bank sektoru həmişə ingilis bank sistemindən asılı olmayaraq inkişaf etmişdir. İlk əvvəl onun əsas istiqaməti konsessiya icazələrinin verilməsindən ibarət idi. Şotlandiya bankı 1965-ci ildə, İngiltərə Bankının yaradılmasından düz bir il sonra təsis edilmişdi. Bundan əlavə yaradıldığı gündən etibarən parlament tərəfindən ona çarter hüququ verilmişdi ki, bu da 20 ildən çox müddətdə Şotlandiya Bankının monopoliyasını təmin edirdi.

Mövcud olduğu ilk gündən başlayaraq bank müxtəlif şöbələr yaradaraq çoxsaylı təcrübələr həyata keçirmişdir, bundan əlavə o azaldılmış nominal ilə – 1 funtluq banknotlar dövriyyəyə buraxdı.

1716-cı ilə qədər bankın monopoliya hüququ qüvvədən düşdü və onlar kəskin rəqabətlə üzləşməli oldular. Lakin bu, sadəcə olaraq mənasız mübarizə idi. Artıq 1927-ci ildə parlament Şotlandiya bankına yeni çarter verməyə məcbur oldu.

Bu çarter vasitəsilə bank onun məsuliyyətini məhdudlaşdıran hüquqlara sahib oldu. Lakin Şotlandiyada bank fəaliyyətini həm də səhmdar cəmiyyətlər həyata keçirə bilərdilər. Məhz buna görə səhmdarlar bankların borc öhdəliklərinə görə məsuliyyət daşımaq imkanına sahib idilər. Bununla da çarter hüququ olmayan səhmdar banklar yaranmağa başladı, belə bankların sayı aktiv olaraq artırdı.

Ən sonuncu çarter hələ 1746-cı ildə British Linen şirkəti tərəfindən əldə olunmuşdu. Yerdə qalan banklar bu andan etibarən yalnız qüvvədə olan qanunvericiliyə əsasən təsis olunurdu. Tərəfdaşların ümumi sayında heç bir məhdudiyyət yox idi. Bu da bank sektorunun iri şirkətlərin əlində cəmləşməsinə səbəb oldu.

1772-ci ildə Air Bank müflis elan edildi. Bu, əlavə banknot emissiyası sayəsində baş verdi. Bütün bunların sayəsində vətəndaşların kiçik bank institutlarına olan inamı sarsılmışdı. Belə banklardan bəziləri öz fəaliyyətini dayandırdı. Kiçik bankların əvəzində daha böyük kapital resurslarına malik iri səhmdar banklar formalaşırdı. Ümumiyyətlə, Şotlandiyanın bank sistemi çoxlu sayda unikal xüsusiyyətlərə malik idi ki, bu da onu dünyanın digər bank sistemlərindən fərqləndirirdi. Burada həmişə bütün banklar arasında kəskin rəqabət mövcud olub, bundan əlavə sistem daima banknotların qarşılıqlı ödənilməsini təcrübədən keçirirdi, banknotların mübadiləsini isə həftədə iki dəfə həyata keçirmək qəbul edilmişdi. Mübadilədən sonra balans hesablanırdı. Depozit biznesi kifayət qədər intensiv inkişaf edirdi, bir çox kredit alətlərinin inkişafı da digər ölkələrə nisbətən yüksək idi.

Son xəbərlər
Digər xəbərlər