Onu “balaca dahi” adlandırırlar və bəziləri hətta “kiçik Mone” sayırlar. 10 yaşlı Kiron Uilyamsonun 23 əsəri ötən cümə günü 242095 funt-sterlinqə satılıb.
Ümumiyyətlə isə Kironun əsərlərindən əldə etdiyi gəlir artıq 1,6 milyon funt-sterlinqə çatıb. Sabah Londonda Kiron Uilyamsonun əsərlərinin yeni satışı keçiriləcək. Mütəxəssislərin fikrincə, sərgi-qalereyadakı əsərlər çox sürətlə, az müddətdə satılacaq. Çünki Kironun bundan əvvəlki sərgisindəki bütün əsərlər cəmi 20 dəqiqəyə satılmışdı.
“Kiçik Mone” adlandırılan Kiron İngiltərənin Norfolk şəhərində yaşayır. Mütəxəsssilərin “balaca dahi” saydıqları Kironun atası, 49 yaşlı art-dilerMaykl Uilyamsonun dediyinə görə, oğullarının rəssam olmasına çalışmayıblar. “Kiron özü rəngkarlığa həvəs göstərdi, biz də mane olmadıq. İndi o, məşhurdur”, – Maykl Uilyamson söyləyib.