14 C
Baku
Sunday, November 24, 2024

Hansı ölkələrin işçiləri daha xoşbəxtdir?

İş yerindən məmnunluq duymaq hissinə təsir edən bir neçə amil mövcuddur, məsələn, şirkət ilə emosional bağlılıq, kollektivdə hökm sürən mühit və iş yerinin texniki cəhətdən təchizat səviyyəsi.

Edenred-Ipsos Barometrinin araşdırmasında dünyanın 15 ölkəsindən 14 000 nəfər iştirak edib. Ümumilikdə, sorğu iştirakçılarının 71%-i özünü iş yerində xoşbəxt hiss edir.

Araşdırmaçılar işdən məmnunluq və razılıq səviyyəsini 3 əsas cəhət üzrə qiymətləndiriblər: əmək şərtləri, tanınma və emosional məmnunluq.

Sahib olduğu işinə görə özünü xoşbəxt hiss edən insanların yaşadığı 10 ölkə və əməkdaşların məmnunluq faizi:

1.Hindistan – 88%

2.Meksika – 81%

3.Çili – 77%

4.Braziliya – 77%

5.Almaniya – 74%

6.Çin – 71%

7.Polşa – 70%

8.İspaniya – 68%

9.İtaliya – 63%

10.Yaponiya – 44%

 

Son xəbərlər
Digər xəbərlər