2 C
Baku
Saturday, December 14, 2024

Analitiklər: OPEC-in qərarından sonra yaranan ruh yüksəkliyi neft qiymətlərinin korrekasiyası ilə dəyişə bilər

Ekspertlər belə hesab edir ki, OPEC-in neft hasilatını azaltmaq ilə bağlı əldə etdiyi razılıq fonunda neft qiymətlərinin artması yaxın zamanda enmə ilə müşahidə edilə müşahidə edilə bilər. «Открытие Брокер» şirkətinin analitiki Andrey Koçetkov qeyd edib ki, fevral və iyul aylarındakı müqavilələrdə 2 dollar fərq nəzərə çarpır. İllik fərq isə cəmi 2,6 dollardır, halbuki, həftənin əvvəlində 4,5 dolları geridə qoyurdu. Qaydalara əsasən, bazarın bu cür strukturu qiymətlərin növbəti artımı barədə gözləntilərdən xəbər verir.

Rusiyanın «Зенит» bankının analitika şöbəsinin rəisi Vladimir Yevstifeyev isə qeyd edib ki, qərardan sonra ilkin reaksiya qiymətləri 10-12% artırdı. Çünki investorlar son ana qədər kartel üzvlərinin razılıq əldə edəcəyinə şübhə ilə yanaşırdılar. Lakin onun fikrincə, əldə edilən razılığın effektivliyi haqqında danışmaq hələ çox tezdir. Ekspert əsas iki problemə diqqət çəkib: kvotaya riayət edilməsinə nəzarət və neft qiymətlərinin artması sayəsində ABŞ-da şist hasilatının gəlirliliyinin artması.

ВТБ 24 analitikləri isə hesab edirlər ki, Rusiya neft şirkətlərinin qışda neft hasilatını operativ rejimdə azaltmaq niyyətləri və imkanları ilə bağlı suallar qalmaqdadır. Bütün bu məsələlər 9 dekabr tarixində OPEC-in kartelə üzv olmayan ölkələr ilə görüşündə öz həllini tapa bilər.

 

Son xəbərlər
Digər xəbərlər