Banker.azın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Oktyabr 2016 tarixinə vaxtı keçmiş borcların həcmi 200 mln. manata qədər azalmışdır.
Belə ki, sentyabr 2016 tarixində 1597 mln. manat olan vaxtı keçmiş kredit portfeli, oktyabr 2016 tarixinə 1375 mln. manata düşmüşdür.
Mütəxəssislər bir ay ərzində azalmanın nə ilə bağlı olduğunu izah etməkdə çətinlik çəkirlər. Çünki hazırda restruktrizasiya edilmiş portfelin həcmi əvvəlki aylara nisbətən azdır və azalma nəyin hesabına baş verməsi sual altındadır.