11 C
Baku
Tuesday, November 26, 2024

“Delta Group” 3 vəzifə üzrə işçi axtarır – Əmək haqqı 800-1500 manat

Vəzifənin 1: Marketinq kommunikasiyaları üzrə Mütəxəssis

Təcrübə müddəti: 2 il

Təhsil: Ali

İxtisas Bilikləri və Bacarıqlar: Marketing bilikləri, Layihələrin idarə edilməsi bilikləri, Biznes danışıqlar aparma texnikaları; Marketinq Kommunikasiyaları üzrə biliklər, Rəqəmsal marketinq bilikləri.

Kompyuter Bilikləri: MS Excel, MS Office,  Windows, ERP proqramlarla profesional işləmə təcrübəsi

VƏZİFƏ FUNKSİYALARI:

Brendin istehlakçısını tanımaq/başa düşmək:

– İstehlakçı ehtiyac və davranışlarını başa düşmək və izləmək üçün bazar araşdırması tələblərini müəyyən etmək;
– Araşdırmanı istiqamətləndirmək və nəticələri təhlil /analiz etmək;

Brend kommunikasiyasını idarə etmək:

– Reklam (TV, Radio, Outdoor, Indoor, Print) briflərini, POP və POS materiallarının briflərini hazırlamaq və təsdiqlətdirmək
– Media monitorinq hesabatlarını və araşdırmaların nəticələrini izləmək və qiymətləndirmək;
– Rəqib brendlərin məhsullarının kommunikasiya yeniliklərini izləmək, alternativ planlar hazırlamaq;
– Şirkətin rəqəmsal marketinq strategiyasının idarə edilməsi;
– Brendin strategiyasına uyğun olaraq kommunikasiya kanallarının seçilməsi və məzmunun idarə edilməsi.
– Korporativ sosial məsuliyyət və sponsorluq layihələrinin idarə edilməsi.

Marketinq layihələrinin planlaşdırması və icraatı:

– Məhsulun brendinq strategiyasına uyğun olaraq brend kommunikasiya planları hazırlamaq, prioritetləri müəyyənləşdirmək və layihənin həyata keçirmək;
– Layihələrin büdcə hədəfləri daxilində planlanmasını təmin etmək
– Marketinq kommunikasiya layihələrinin və fəaliyyətlərinin təsdiq olunması üçün üst idarəetmə heyətinə təqdimatlar hazırlamaq
– Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək.  ”

Əmək haqqı: 800 – 1000 AZN

İş qrafiki: 5 günlük

Yaş həddi: 23 – 35 yaş

İş yeri: Sumqayıt şəh.


Vəzifənin 2: Trade Marketing Manager

Təcrübə müddəti: Uyğun vəzifədə 3 il

Təhsil: Ali

İxtisas Bilikləri və Bacarıqlar: Maliyyə bilikləri, Marketing bilikləri, Qiymət analizlərinin aparılması bilikləri, Layihələrin idarə edilməsi bilikləri, Bakı, Sumqayıt şəhərində VIP mağaza şəbəkələri ilə iş təcrübəsi

Kompyuter Bilikləri: MS Excel, MS Office, Windows

Xüsusi şərtlər: Şəxsi avtomobil və sürücülük vəsiqəsi tələb edilir.

VƏZİFƏ FUNKSİYALARI:

Brendin istehlakçısını tanımaq/başa düşmək:

– İstehlakçı ehtiyac və davranışlarını başa düşmək və izləmək üçün bazar araşdırmalrı həyata keçirmək;
– Bazardan əldə edilən məlumatları interpritasiya edilərək biznes qərarlar verilə biləcək təqdimatlar hazırlamaq.
– Araşdırmanı istiqamətləndirmək və nəticələri təhlil /analiz etmək;

Satış kanallarının inkişaf etdilməsi

– Satış kanallarını mütəmadi ziyarət edərək, məhsulların vitrində və paylaşdırma kanallarındakı effektivliyini, merchandising fəaliyyətlərini yoxlamaq;
– Satış hədəflərinə çatmaq üçün satışın stimullaşmasına yönəlik fəaliyyətlər planlamaq;
–  POP və POS materiallarının briflərini hazırlamaq və tətbiq etmək;
– Həyata keçirilən satışın stimullaşdırılması fəaliyyətlərinin qiymətləndirmə hesabatlarını hazırlamaq
– Brend idarəetmə standartlarına Satış heyəti tərəfindən riayət olunmasını təmin etmək.

Yeni məhsulların hazırlanması layihələrində iştirak etmək:

– İstehlakçı ehtiyaclarındakı boşluqları və yeni inkişaf edən istehlakçı davranışlarını müəyyənləşdirmək.
– Şirkətdə əlavə dəyər yaradacaq yeni məhsul və məhsul təkmilləşdirmə fikirlərini hazırlayaraq təkliflər vermək;”

Əmək haqqı: 1200-1500 AZN

İş qrafiki: 5 günlük

Yaş həddi: 27 – 35 yaş

İş yeri: Sumqayıt şəh.


Vəzifənin 3: Brend Menecer (Bismak)

Təcrübə müddəti: 3 il

Təhsil: Ali (Mühəndis-iqtisadi sahələr üzrə)

İxtisas Bilikləri və Bacarıqlar: Maliyyə bilikləri, Marketing bilikləri, Qiymət analizlərinin aparılması bilikləri, Büdcənin formalaşdırılması bilikləri, Layihələrin idarə edilməsi bilikləri

Kompyuter Bilikləri: MS Excel, MS Office,  Windows, ERP proqramlarla profesional işləmə təcrübəsi

VƏZİFƏ FUNKSİYALARI:

Brendin istehlakçısını tanımaq/başa düşmək:

– İstehlakçı ehtiyac və davranışlarını başa düşmək və izləmək üçün bazar araşdırması tələblərini müəyyən etmək;
– Araşdırmanı istiqamətləndirmək və nəticələri təhlil /analiz etmək;
– Araşdırma nəticələrini Marketinq departamentini direktoruna təqdim etmək.

Bazarı tanımaq/başa düşmək və strategiyaları işləyib hazırlamaq:

– Bazarın dinamikasını, bazardakı rəqibləri və rəqib məhsulların inkişafını izləmək və hesabatlar hazırlamaq;

Brendlərin həyat siklini idarə etmək:

– Cavabdeh olduğu brendin marketinq strategiyalarının tətbiqini təmin etmək;
– Cavabdeh olduğu brendin məhsul portfelindəki məhsulların qablaşdırma, reklam, POS və POP materiallarının məhsul və marka ilə uyğunluğun olmasını təmin etmək və buna davamlı nəzarət etmək;
– Mövqeyləndirmə fəaliyyətlərini həyata keçirmək, bütün məhsul irəlilədilmə fəaliyyətlərinin brendin mövqeyləndirməsinə uyğunluğunu izləmək.

Yeni məhsulların hazırlanması layihələrini idarə etmək:

– Məhsul strategiyasının müəyyən edilməsində, yeni məhsulların portfelə əlavə edilməsində və mövcudların effektivliyinin yoxlanaraq qərarlar verilməsində rol almaq;
– İstehlakçı ehtiyaclarındakı boşluqları və yeni inkişaf edən istehlakçı davranışlarını müəyyənləşdirmək. Şirkətdə əlavə dəyər yaradacaq yeni məhsul və məhsul təkmilləşdirmə fikirlərini hazırlayaraq təkliflər vermək;
– Yeni məhsul konseptlərini hazırlamaq, bazar tədqiqatları vasitəsi ilə bu konseptlərə istehlakçılar tərəfindən göstərilə biləcək reaksiyaları test etmək.

Marketinq layihələrinin planlaşdırması və icraatı:

– Məhsulun brendinq strategiyasına uyğun olaraq layihə planları hazırlamaq, prioritetləri müəyyənləşdirmək və buna uyğun olaraq layihənin həftəlik izlənilməsini həyata keçirmək;
– Promosyon, taktiki satış və qiymətləndirmə fəaliyyətlərini inkişaf etdirmək
– Layihələrin və kampanyaların büdcə hədəfləri daxilində planlanmasını təmin etmək
– Marketinq layihələrinin və fəaliyyətlərinin təsdiq olunması üçün üst idarəetmə heyətinə təqdimatlar hazırlamaq
– Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək.  ”

Əmək haqqı: 1200 – 1500 AZN

İş qrafiki: 5 günlük

Yaş həddi: 27 – 35 yaş

İş yeri: Sumqayıt şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifəninadını qeyd edilməsi xahiş olunur. 

Son xəbərlər
Digər xəbərlər