Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,45$ yəni 0,87% bahalaşaraq 52,13$-da qərarlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,54$ yəni 0,99% artaraq 53,95$-a təklif olunub.
Xatırladaq ki, Brent nefti sonuncu dəfə 16 ay bundan əvvəl bu qiymətə olmuşdu.