Azərbaycan İpoteka Fondunun (AİF) tərəfindən ipoteka kreditlərinin verilməsi bərpa edilib.
Xəbər verildiyi kimi, may-sentyabr aylarında olduğu kimi, oktyabr ayında da AİF-in agent bankları tərəfindən ipoteka kreditləri verilməyib.
AİF-in saytında dərc olunan məlumata əsasən, indiyədək fondun xətti ilə verilən ipoteka kreditlərinin ümumi sayı 18,049 min təşkil edir. Bütövlükdə, indiyədək AİF-in xətti ilə 733 mln. 988,304 min manat məbləğində ipoteka krediti verilib.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.
Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
2015-ci ildə AİF-in agent bankları 97,2 mln. manat məbləğində ipoteka krediti veriblər.