Yeni Zelandiyanın Baş naziri Con Key (John Key) gözlənilmədən istefa verib. “Reuters”in məlumatına görə, Con Key bildirib ki, o, ailə vəziyyətinə görə istefa verir.
Siyasətçi əlavə edib ki, onun gələcək üçün heç bir planı yoxdur və sadəcə parlamentdə qalacaq.
Qeyd edək ki, Con Key valyuta dəyişmə üzrə mütəxəssisdir, əvvəllər maliyyə sahəsində işləyib.
Con Key öz yerinə müavini, ölkənin maliyyə naziri Bill İnqlişi namizəd görür.
Xalq qəzeti