Neft Fondu 4 mlrd. dollar gəlir əldə etdi

Azərbaycan Dövlət Neft Fondu Azəri-Çıraq-Günəşli yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2016-cı ilin dekabr 1-nə əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-dən verilən məlumata görə, bu ilin 11 ayında AÇQ yataqları üzrə fond 4 mlrd. 577 mln. ABŞ dolları həcmində gəlir əldə edib.

Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.12.2016 tarixinə qədər AÇQ yataqlar bloku üzrə 121,586 mlrd. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2,506 mlrd. ABŞ dolları həcmində gəlir əldə olunub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər