Məlumat üçün bildiririk ki, 9 dekabr 2016-cı il tarixində “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda ipoteka kreditlərinin verilməsi prosesi, Cəmiyyətin 2016-cı ilin maliyyə nəticələrinin kənar audit şirkəti tərəfindən yoxlanılması və 2017-ci ilin büdcəsi kimi məsələlər müzakirə edilib.
Aparılmış müzakirələr nəticəsində müvafiq qərarlar qəbul edilmiş, o cümlədən Cəmiyyətin cari ilin maliyyə nəticələrinin auditini aparacaq şirkət seçilmiş və 2017-ci il üçün büdcəsi təsdiq edilib.