Citi bankının ekspertləri artıq növbəti ildə avronun dollarla münasibətdə ləng də olsa devalvasiyasını proqnozlaşdırır.
Ekspertlər belə hesab edir ki, qarşıdan gələn növbəti 3 ay ərzində 1 avro qarşılığında 1,05 dollar (indi göstərici 1,07 dollar səviyyəsindədir) veriləcək. Yarım ildən sonra isə 1 avro 0,98 dollar olacaq. Ümumilikdə, proqnozlara əsasən, devalvasiya 7,5% təşkil edəcək.
Bankın analitiklərinin fikrincə, həmçinin Britaniya funt sterlinqi də ABŞ dollarına münasibətdə öz pozisiyasını da itirəcək. Hazırda 1 funt qarşılığında 1,23 dollar verilir. Proqnozlara əsasən, il ərzində bu göstərici 1,14 dollara enəcək.
Almaniyanın Deutsche Bank bankı isə hesab edir ki, gələn il avro dollardan ucuz olacaq. Fransanın Societe Generale bankının ekspertləri də eyni fikirdədir.



