Forbes jurnalı bu dəfə isə il ərzində ən çox qazanan serial qəhrəmanlarının siyahısını tərtib edib, minlərlə insanın hər gün izləməyə çalışdığı bu ulduzların sırasında Eşton Katçer, Hyu Lori, Alek Bolduin və Cim Parsons da daxil olmuşdur.
Eşton Katçer
İl ərzində qazanc: $24 milyon
Reytinqdə yeri 2012-ci il: №1
«2,5 insan» serialının ulduzu il ərzində 24 milyon dollar qazanıb. Komediya serialının hər seriyasına görə aktyora 700 min dollar ödəyirlər. Serialda ikinci baş rolu məşhur Çarli Şin ifa edir, qeyd edək ki, ötən il bu reytinqin lideri olmuş Çarli bu il ümumiyyətlə ən yaxşıların siyahısına düşmə bilməyib.
Hyu Lori
İl ərzində qazanc: $18 milyon
Reytinqdə yeri 2012-ci il: №2 (2011-ci ilin reytinqində $9 milyon qazancla №9)
Bütün dünyada doktor Haus adı ilə tanınan qəhrəman stetoskopu əlindən yerə qoyaraq, elektron pianonun arxasına keçir. Fox kanalında yayımlanan «Doktor Haus» serialının səkkizinci mövsümü həm də sonuncu olub, indi Lori öz diqqətini musiqi üzərində cəmləmək niyyətindədir. Halbuki o, heç zaman musiqiyə kino və televiziyaya sərf etdiyindən daha az enerji və vaxt ayırmayıb.
Onu bu sahədə də uğur gözlədiyinə heç kəs şübhə etmir: Lorinin keçən ilki Let Them Talk albomu Billboard Blues illik musiqi hit-paradının lideri olmuşdur.
Rey Romano
İl ərzində qazanc: $18 milyon
Reytinqdə yeri 2012-ci il: № 3 (2011-ci ilin reytinqində $20 milyon ilə №2
“Buz dövrü” animasiya filminin orijinal versiyasında mamont Menini məhz Romano səsləndirib. Aktyor “Hamı Raymondu sevir” (1996-2005) və “Ora yaşlı kişilər” (2009-cu il) serialları sayəsində məşhurlaşıb. Baxmayaraq ki, Romanonu yeni televiziya seriallarında indi görmək mümkün deyil, amma “Buz dövrü” animasiyasının müxtəlif hissələrinin səsləndirilməsinə görə alınan qonorarlar onun televiziyadakı gəlirlərinin yoxluğunu kompensasiya edir.
Alek Bolduin
İl ərzində qazanc: $15 milyon
Reytinqdə yeri 2012-ci il: № 4
Təkcə televiziya deyil, həm də kinematoqrafiya sayəsində şöhrət qazanmış aktyor bir zamanlar Demokratlar partiyasının tərkibində Nyu-york şəhərinin meri vəzifəsinə öz namizədliyini irəli sürmüşdü. Baxmayaraq ki, bu ideya uğursuzluqla nəticələndi, aktyor hələ də teleekranlarda parlamağa davam edir –xüsusən də “Studiya-30” serialının sayəsində.
Mark Xermon
İl ərzində qazanc: $15 milyon
Reytinqdə yeri 2012-ci il №5: (2011-ci ilin reytinqində $13 milyon ilə №4)
«Dəniz polisi: Xüsusi bölmə» serialı artıq 9 ildir ki, CBS telekanalının ən reytinqli serialı hesab olunur. Hər epizodu19,7 milyon insanın izləməsi Mark Xermonu dünyanın ən çox əməkhaqqı ödənilən serial ulduzlarından birinə çevirdi.
Tim Allen
İl ərzində qazanc: $14 milyon
Reytinqdə yeri 2012-ci il: № 6 (2011-ci il reytinqinə daxil deyildi)
«Əsl kişililərin sonuncu» serialı premyeradan ikinci mövsümün sonuna qədərki müddət ərzində öz tamaşaçılarının yarısını itirib, buna rəğmən onun reytinqi kifayət qədər yüksək olaraq qalır, bu isə o deməkdir ki, baş rolun ifaçısı Tim Allenin əməkhaqqısı yenə də yüksəkdir.
Bu gəlir mənbəyindən savayı, onun maliyyə durumunun başlıca bir hissəsini «Oyuncaqların tarixi» cizgi filminin baş personajlarından biri olan kosmik reyncer Bazz Layteri səsləndirməsindən gələn gəlirlər təmin edir.
Con Krayer
İl ərzində qazanc: $13 milyon
Reytinqdə yeri 2012-ci il: №7 (2011-ci ilin reytinqində $11 milyon ilə №5)
«2,5 insan» serialının daha bir ulduzu reytinqdə yer alıb. O, həmçinin bu il ən yaxşı komediya serialı aktyoru nominasiyasına görə “Emmi” mükafatına layiq görülüb.
Patrik Dempsi
İl ərzində qazanc: $12 milyon
Reytinqdə yeri 2012-ci il: №8 (2011-ci ilin reytinqində $10 milyon ilə №7 )
«Ehtiras anatomiyası» serialının doqquzun mövsümünün həm də sonuncu olmasına baxmayaraq, çətin ki, Dempsi işsiz qala: o, artıq böyük kinoda parlamağa da macal tapıb, belə ki, aktyor «Transformerlər: Ayın qaranlıq tərəfi» filmində əclaf Dilan Qold rolunda çəkilib.
Cim Parsons
İl ərzində qazanc: $8 milyon
Reytinqdə yeri 2012-ci il: №9
«Böyük partlayış nəzəriyyəsi» filmi bu gün Amerika televiziyasında yayımlanan ən uğurlu layihələrdən biridir: hər bir epizodun15 milyon tamaşaçısı vardır, bu ondan xəbər verir ki, Parsons öz əməkhaqqısının artırılmasına, müvafiq olaraq öz sərvətinin yüksəlməsinə də ümid edə bilər.
Con Qalki
İl ərzində qazanc: $8 milyon
Reytinqdə yeri 2012-ci il: №10
O, «Böyük partlayış nəzəriyyəsi» filmində Parsonsun həmkarıdır. Demək olar ki, eyni qədər qazanır. Amma Parsonsdan fərqli olaraq, Qalki təkcə televiziya və serial sahəsi ilə kifayətlənmir: tezliklə onu CBGB -1973-cü ildən 2006-ci ilə qədər fəaliyyət göstərmiş Manhetten klubu barədə çəkilən bir filmdə baş rollardan birində izləmək mümkün olacaq.
Ceyson Siqel
İl ərzində qazanc: $8 milyon
Reytinqdə yeri 2012-ci il: № 11
«Mən sizin ananızla necə tanış oldun» serialının ulduzu öz qazandıqlarının bir hissəsini öz kino sahəsində gördüyü işlərə borcludur. Ötən il çəkdiyi “Mappetlər” filmi (eyni adlı televiziya şousunun əsasında çəkilmiş komediya janrında müzikl) və bu ilin «Azacıq evlilər» kinolenti onu (ssenarist, aktyor və prodüser qismində) kifayət qədər gəlirlə təchiz etmişdir.