24 C
Baku
Sunday, September 29, 2024

Ən innovativ bank: “Like”lara görə pul

Radikal mövqeli maliyyəçilər iddia edirlər ki, üç yüzillik bank sisteminin tarixi ərzində bank biznesinin modeli kəskin dəyişikliklərə məruz qalmayıb. Ümumilikdə, bu sahədə innovasiyaya çox da isti münasibət bəslənilmir. Bu fonda Fidor Bank alman bankı hədsiz novator kimi görünür.

Bank sahibkar Matias Kroner tərəfindən öz vəsaitləri hesabına 2009-cu ildə Münhendə yaradılmışdır. Fidor Bank maliyyə sahəsində bütün əməliyyatları aparmağa imkan verən tamhüquqlu bank lisenziyasına malikdir.Bununla da ənənəvi banklarla oxşarlıq qurtarır və texniki möcüzələr başlayır. Istehlakçılarla kommunikasiya onlayn rejimdə baş verir: Fidor Bankın müştərilərinin əksəriyyəti bank tərəfindən yaradılmış onlayn birliyin üzvüdür.

Əksər hallarda şəxsi məlumatlar əvəzinə “nik”lərdən istifadə olunur. İstifadəçilərin profilləri istəkdən asılı olaraq, onların sosial şəbəkələrdəki profillərindən də inteqrasiya oluna bilər. Bank “peer-to-peer” rejimində əməliyyatları genişləndirir: müştərilər bir-birlərinin virtual pul qablarına pul qoya bilər. Sayt istifadəçisi borc almaq üçün banka və ya digər istifadəçiyə müraciət etməyi özü seçir. Bundan əlavə, məhsullar haqqında rəyə, bir-birlərinə konsultasiyaya görə və ümumilikdə istənilən faydalı fəaliyyət üçün bank istifadəçilərə pul ödəyir. Bu, birliyi daha da möhkəmləndirir və ştat konsultantlarına qənaət etməyə imkan verir.

203 qeydiyyatdan yalnız 130-u banka gəlir gətirir və yalnız hər beş nəfərdən biri (45 min nəfər)bank xidmətlərinin bütün spektrlərindən istifadə edən tamhüquqlu müştəri hesab oluna bilər. Aydındır ki, biznesin inkişafı “müftəxor” istifadəçilərin loyal müştərilərə çevrilmə tempindən asılıdır.

Matias Kroner

matiass

Ona görə də ən innovativ bankın yolu çox çətindir, bu haqda növbəti məlumatlar xəbər verir: maliyyə təşkilatının gəliri keçən il ərzində 13,8 mln avrodan 11,6 mln avroya qədər düşmüşdür, bankın xərcləri mənfəət fonunda 3,5 mln avro təşkil etmişdir.Əlbəttə, qeyd etmək lazımdır ki, bu qəribə “start-up” konservativ bank sisteminə xas deyil. “Əminliklə deyə bilərəm ki, Fidor Bank bütün dünyada ən innovativ konsepsiyaya malik bankdır”,- “Bank sisteminin gələcəyi” adlı kitabın müəllifi Kris Skiner öz bloqunda yazmışdır.

Bavariya bankının önə çıxardığı beş amil:

Daha çox “Like”

Xüsusi onlayn birliyin inkişafı əsasında yaradılmış Fidor Bank istifadəçilərin sosial aktivliyini artıran ilk maliyyə institutu kimi mövqeləşib. Bu bank tərəfindən bonus sistemi işlənib hazırlanıb, bunun sayəsində iştirakçıların hesablarına tövsiyələrə görə simvolik pullar daxil olur. Müzakirəyə nəzarəti yalnız ştatdankənar moderatorlar həyata keçirir.

likeee

Əvvəllər siz faizlərin Facebook-dakı “like”-ların sayına bağlı olduğu haqda bir şey eşitmisiniz? Bu zarafat deyil, Fidor Bank məhz belə işlərlə məşğul olur. Daha çox “like”, daha yüksək faizlər”,- bank saytının devizidir.Hər ayın 25-i istifadəçinin hesab qalığına hesablanan minimal faiz dərəcəsi illik 0,5% təşkil edir. Bankın səhifəsindəki “like”-ların müəyyən həddində əlavə faizlər hesablanır və ödənilir. Məsələn, 22 mindən çox “like” yığılanda faiz dərəcəsi 1,5%-ə qədər qalxa bilir. İlin sonunda isə faizlər əvvəlki minimal həddə qaytarılır.

“Nik” kifayət edir

Bank, müştəriləri öz aralarında aktiv fəaliyyətə stimullaşdırır, bununla da onları bankın onlayn birliyinə bağlayır. Bir qayda olaraq, məhdud maliyyə xidmətlərindən istifadə etmək üçün onlayn-birlikdə “nik” adı və Facebook logini ilə qeydiyyatdan keçmək kifayət edir, düzdü, yerdə qalan xidmətlər üçün qanunvericiliyə uyğun olaraq, şəxsiyyət vəsiqəsi tələb olunacaq.FidorPay onlayn-ödəniş sistemi vasitəsilə bank komissiya tutulmadan istifadəçilərin öz virtual hesablarına pul qoymasına imkan verir. Haqq yalnız hesab üzrə xidmətlərə görə tutulur.

Elflərin qızılı

Bank darıxdırıcı maliyyə dünyasında bir çox cəlbedici fəndlərdən istifadə edir. Burada fond indekslərinə bağlı mərclər oynanılır. Bu məqsədlə bank real əməliyyatlarla virtual duellər həyata keçirən yeni başlayan oyunçular üçün ayrıca sahə hazırlayıb. Əgər siz elə hiss edirsiniz ki, 30 noyabr 2012-c ildə 11:00 və 11:01 arasında FTSE 100 indeksi bir punkt artacaq, onda buna “n” qədər pul qoya bilərsiniz. Müştərilərdən biri isə mütləq bu çağırışı qəbul edəcək.

Əgər indeks yuxarı qalxsa, müqavilənin şərtlərinə görə müştəri banka 5 dollar borclu olacaq, əks halda isə bank borclu olacaq. Bank qaliblərlə virtual da daxil olmaqla (məsələn, World of Warcraft Gold) istənilən valyutada hesablaşmağa hazırdır. Bütün bunlar birlik iştirakçılarının motivasiya edilməsinə istiqamətlənib.

Virtual reallıq

Fidor Bank-ın ştat işçiləri 27 nəfərdən ibarətdir, onların arasında nə satış, nə də risk meneceri var. Dünyada məşhur olan “Direct banking” konsepsiyasına sadiq qalan bankın heç bir şöbəsi yoxdur. Bütün lazım olan informasiyanı çatdan əldə etmək olar.Daha bir danılmaz üstünlük: Fidor Bank gecə-gündüz və fasiləsiz işləyir, halbuki adi bankların ofisləri 8:00-18:00 saatlarında fəaliyyət göstərir.

“Mən qonaqpərvərlik meyarları əsasında fikirləşməyə adət etmişəm”, – bankın yaradıcısı Kroner bildirir.

Occupy Wall-Street

mintg

Maliyyə təşkilatının saytını «Occupy Wall-Street» fotosu bəzəyir, bu fotoda əllərində plakat olan gənclərin senzuradan kənar formada bankirlərə qarşı mitinqi əks olunub. Bununla da Fidor Bank müştəriləri onların tərəfində olduğuna inandırmaq istəyir.Bankın yaradıldığı 2009-cu ildən etibarən marketinq məqsədləri üçün 100 min avro xərclənmişdir. Proqram xərcləri 2012-ci ilin yazında qeydiyyatdan keçənlərin sayının 100 min nəfərə (qeydiyyat qiyməti 1,33 avro təşkil edir) çatdığı anda özünü doğrultdu. Yeri gəlmişkən, bankların əksəriyyəti üçün Google-da xidmətlərin reklamı hər “click”-ə görə 7 avrodur.

Son xəbərlər
Digər xəbərlər